Mançester Siti"nin məşqçisi Pep Qvardiola Çempionlar Liqasında "Sportinq"ə 1:4 hesabı ilə məğlubiyyəti şərh edib.
90plus.az verir ki, İngiltərə klubunun baş məşqçisi yaxın vaxtlarda Portuqaliya təmsilçisini tərk edərək "Mançester Yunayted"ə rəhbərlik edəcək Ruben Amorimlə yeni görüşü gözlədiyini bildirib:
“Onunla Premyer Liqada iki dəfə qarşılaşacağıq. Ola bilsin ki, İngiltərə Kubokunda matçımız olacaq. Ancaq Çempionlar Liqasında yox. “Mançester Yunayted” orada oynamır. Sonra baxarıq.
Birlikdə oynadığım bütün məşqçilərdən öyrənirəm. Amma komandamızı daha yaxşı nəticələrə qaytarmalıyam. Biz bunu etməyə çalışacağıq”.
Qeyd: Ruben Amorim noyabrın 11-dən "Mançester Yunayted"i çalışdıracaq və "qırmızı şeytanlar" dekabrın 15-də və aprelin 25-də "Mançester Siti" ilə qarşılaşacaq.
© Copyright 2024, All Rights Reserved