Qvardioladan sərt mesaj: "İnanmayan evində otursun"
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandaya sərt mesaj göndərib.
90plus.az xəbər verir ki, İspan mütəxəssis bildirib ki, komanda "Real Madrid"ə qarşı oyunda geri dönüş edə biləcəyinə inanmalıdır. Onun sözlərinə görə, buna inanmayan futbolçular ümumiyyətlə oyuna çıxmamalıdır.
Qvardiola deyib: “Real Madrid"ə qarşı geri dönüş edəcəyimizə inanmayanlar evində otursun.”
Qeyd: Komandalar arasında UEFA Çempionlar Liqasının ilk matçında "Real Madrid" 3:0 hesablı qələbə qazanıb və cavab görüşü öncəsi "Mançester Siti" çətin vəziyyətdədir. İngiltərə təmsilçisi mərhələni keçmək üçün növbəti oyunda ən azı üç top fərqi ilə qalib gəlməlidir.
© Copyright 2026, All Rights Reserved