Qvardiolanın yeni imici gündəm oldu

90plus.az xəbər verir ki, ötən mövsümü titulsuz başa vuran "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın yeni görünüşü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
2025/26 mövsümünə iki həftədən də az vaxt qalmasına baxmayaraq, diqqətlər "Mançester Siti"nin "Vulvs" səfərindəki oyununa yox, daha çox İspan mütəxəssisin imic dəyişikliyinə yönəlib.
Sezon öncəsi bığ saxlayan Qvardiola yeni stili ilə azarkeşləri təəccübləndirib. Sosial mediada yayılan fotolarda məşqçinin bu dəyişimi sürətlə trendə çevrilib.
İstifadəçilərin yazdıqları bəzən zarafatla, bəzən isə heyrətlə dolu olub:
“Pep Qvardiolanın artıq bığı var deyib həyatımıza normal davam etməyimizi gözləyə bilməzsiniz.”
“Premyer Liqa, indi kəllə bığlı Qvardiolaya hazır deyil.”
“Premyer Liqa indi titrəməlidir.”
Qvardiolanın bığ sevgisi isə əslində ilk dəfə deyil. O, 2021-ci ildə TNT Sports-un müxbiri Fred Kaldeira ilə söhbəti zamanı belə demişdi: “Fred, bığını həqiqətən çox bəyəndim. Çox cazibədar və seksualsan.”
"Mançester Siti" yeni mövsümə Molineux Stadionunda "Vulverhempton" ilə keçirəcəyi səfər oyunu ilə start verəcək. Klubda məqsəd isə bir daha zirvəyə qayıtmaqdır.
© Copyright 2025, All Rights Reserved