“Qızıl Top”: 5 yerin sahibi məlumdur

France Football “Qızıl top”un 69-cu buraxılışında sıralamaları açıqlamağa davam edir.
90plus.az xəbər verir ki, ilk “onluq” gözlənildiyi halda, artıq 15-ci yerdən 11-ci yerədək nəticələr bəlli olub.
15-ci pilləyə Viktor Gyökeres layiq görülüb. Son Çempionlar Liqasının finalında oyunun adamı seçilən Dezire Due 14-cü yeri tutub. “Bayern Münhen”in məhsuldar hücumçusu Harri Keyn (41 qol) isə 13-cü yerdə qərarlaşıb.
Keçən qış PSJ-yə qoşulan Xviça Kvaratsxeliya 12-ci yerə yüksəlib. İlk “onluğa” bir addım qalmış, 11-ci yerdə Pedri yer alıb.
© Copyright 2025, All Rights Reserved