“Qızıl Top”: Serhu Girassi 21-ci oldu!

"Dortmund"la parlaq mövsüm keçirən Serhu Girassi “Qızıl top”un 69-cu buraxılışında 21-ci yeri tutub.
90plus.az xəbər verir ki, France Football indi də 25-21-ci yerlərin sahiblərini elan edib.
25-ci pillədə Denzel Dümfris qərarlaşıb. Fabian Ruis 24-cü yeri tutub. “Real Madrid”in ulduzu Cud Bellingem 23-cü pillədədir. “Liverpul”un gizli qəhrəmanı Aleksis Mak Allister 22-ci yeri tutaraq Dortmundun hücumçusu Serhu Girassinin (21-ci yer) dərhal arxasında qərarlaşıb.
Karyerasında ilk dəfə Serhou Girassi “Qızıl Top” (Ballon d’Or) mükafatına namizəd göstərildi – 21-ci yeri tutdu…
Onun karyera yolu: “Laval”, “Lill”, “Oser”, “Köln”, “Amyen”, “Renn”, “Ştutqart”… indi isə “Borussiya Dortmund” ...
© Copyright 2025, All Rights Reserved