Qızıl Top: Yamal ən yaxşı gənc istedad oldu

Rəsmi: Lamin Yamal “Kopa Trophy 2025”in qalibi oldu!
90plus.az xəbər verir ki, “Barselona”nın gənc hücumçusu Lamin Yamal “Ballon d’Or” mərasimində ilin ən yaxşı gənc istedadına verilən “Kopa Trophy” mükafatına layiq görülüb.
Səsvermənin nəticələri belə olub:
1️⃣ Lamin Yamal
2️⃣ Dezire Düe
3️⃣ Juao Neveş
4️⃣ Estevao
5️⃣ Kenan Yıldız
6️⃣ Din Höysen
7️⃣ Pau Kubarsi
8️⃣ Rodrigo Mora
9️⃣ Ayub Buaddi
9️⃣ Mayls Lyuis-Skelli
Lamin Yamal 2024/25 mövsümündə “Barselona”nın əsas fiqurlarından biri kimi çıxış edib və klubla birlikdə möhtəşəm “triplet” qazanıb:
🏆 La Liqa
🏆 İspaniya Kuboku
🏆 İspaniya Superkuboku
Katalon ulduz bu mövsüm xüsusən “Real Madrid”lə oyunlarda ön plana çıxıb. Superkubokun finalında qol vuraraq komandasına qələbə qazandırıb, Kral Kubokunun finalında isə iki məhsuldar ötürmə ilə “Barselona”nın çempionluğunda əsas rol oynayıb. Liqanın son turunda “Espanyol”a qarşı vurduğu gözəl qolla çempionluğu rəsmiləşdirib.
Mükafatı qəbul edən Yamal çıxışında bunları deyib:
“Burada olmaq qürurdur. ‘Barselona’ya, milli komandama və ailəmə təşəkkür edirəm. Həmçinin komanda yoldaşlarımı — Pau Kubarsi və Rafinyanı da qeyd etmək istəyirəm.”
Qeyd: Qadın futbolunda da “Barselona”nın istedadı Viki Lopes analoji olaraq “Kopa Trophy” ilə təltif olunub. O, 2024/25 mövsümündə qadınlar liqası, “Copa de la Reina” və İspaniya Superkubokunu qazanaraq diqqətləri üzərinə çəkib.
Lamin Yamal və Viki Lopes — “Kopa Trophy 2025”in qalibləri, “Barselona” üçün ikiqat qələbə!
© Copyright 2025, All Rights Reserved