“Qızıl Top”çular: Qalib və başqaları
2023/24 mövsümü üzrə “Qızıl top” mükafatının qalibi bəlli olub.
90plus.az xəbər verir ki, İngiltərənin "Mançester Siti" komandasından ispaniyalı yarımmüdafiəçi Rodri ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
2023/24 mövsümü üzrə Ballon D'Or sıralaması:
1) Rodri
2) Vinisius
3) Cud Bellinqem
4) Dani Karvaxal
5) Erlinq Haaland
6) Kilian Mbappe
7) Lautaro Martinez
8) Lamine Yamal
9) Toni Kroos
10) Harri Keyn.
2024-cü ilin ikinci ən yaxşı futbolçusu seçilən braziliyalı ulduz Vinisius Juniordan ilk açıqlama gəlib:
“Lazım gələrsə, bunu daha 10 dəfə edərəm. Onlar hazır deyillər”.
Bu səbəbdən ilin ən yaxşı komandası seçilən “Real Madrid”dən heç kim mərasimdə iştirak etmədi.
Lamin Yamal ilin ən yaxşı gənc futbolçusu seçildi və "Kopa Trophy" mükafatını aldı. Bu sıralamada türkiyəli Arda Güler ikinci oldu.
"Real Madrid" 2024-cü ilin ən yaxşı futbol klubu seçildi. “Kral klubu” “Borussiya” (Dortmund), “Jirona”, “Bayer” və “Mançester Siti”ni qabaqlayıb.
Madrid təmsilçisi son mövsüm İspaniya çempionatının və UEFA Çempionlar Liqasının qalibi olub.
"Real"ın çalışdırıcısı Karlo Ançelotti isə ilin ən yaxşı baş məşqçisi adına layiq görüldü.
Qadınlar arasında dünyada ilin ən yaxşı klubu “Barselona” oldu, onun ispaniyalı yarımmüdafiəçisi Aytana Bonmati isə qadınlar arasında “Qızıl top”a sahib çıxdı.
Harri Keyn və Kilian Mbappe 2024-cü ilin bombardirləri oldu.Onlar Herd Müller mükafatını aldılar. Hər iki forvard klub səviyyəsində mövsüm ərzində 44 qol vurub. Mbapppe 48, Keyn isə 45 matçda bunu bacarıb.
Lakin Mbappe tədbirə qatılmadı.
Emiliano Martines - ilin ən yaxşı qapıçısıdır.
"Lev Yaşin" mükafatının sıralaması isə belədir. FOTO
© Copyright 2026, All Rights Reserved