Rafa Varan rəsmən “Komo”da
Bu mövsümdən İtaliya A Seriyasında çıxış edəcək “Komo 1907” klubu azad agent kimi Rafael Varan transferini rəsmiləşdirdi.
90plus.az xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd: Varan "Çelsi" və "Arsenal"ın keçmiş yarımmüdafiəçisi Sesk Fabreqasın rəhbərliyi altında çalışacaq. Fabreqas da bu ayın əvvəlində kluba yenicə baş məşqçi təyin olunub.
"Rafael özəl bir oyunçudur və onunla bağlanan müqavilə ambisiyamızın sübutudur. Onunla çalışmağa başlamaq üçün səbirsizlənirəm”.
Varan: “Mən Sesk ilə yenidən görüşəcəm, amma bu dəfə rəqib kimi yox. Çox xoşbəxtəm, Fabreqasın oyun fəlsəfəsini və futbola olan həvəsini çox bəyənirəm".
© Copyright 2026, All Rights Reserved