Rafinya: “Bütün karyeramı Barselonada keçirmək istəyirəm“
“Barselona”nın ulduz futbolçusu Rafinya “GQ Spain”ə müsahibəsində klubda uzunmüddətli qalmaq istədiyini bildirib.
90plus.az xəbər verir ki, 28 yaşlı braziliyalı futbolçu bunları deyib:
“Mən karyeramın tamamını Barselonada keçirmək istəyirəm. Titullar qazanmaq, gənc futbolçulara kömək etmək və klub tarixində iz qoymaq istəyirəm. Bu klubun tarixinin bir hissəsi olmaq arzusundayam".
Rafinya “Barselona”ya 2022-ci ildə qoşulub və artıq komanda ilə iki La Liqa çempionluğu qazanıb.
Performansı baxımından braziliyalı futbolçu “Barselona” forması ilə 151 oyunda 57 qol vurub və 53 məhsuldar ötürmə edib.
O, karyerasının sonuna kimi “Barselona”da qalmaq arzusundadır, lakin bunun reallaşması meydandakı çıxışlarından asılı olacaq.
© Copyright 2025, All Rights Reserved