Rafinya Premyer Liqa klubunun radarına düşüb
"Barselona"nın hücumçusu Rafinya yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.
90plus.az xəbər verir ki, "Liverpul" növbəti yay braziliyalı cinah oyunçusunu heyətinə qatmağa maraqlıdır. Bu barədə məlumatı "Fichajes" nəşri yayıb.
Ölkə çempionu Salahın mümkün gedişindən sonra onu əvəzləyə biləcək futbolçu kimi Rafinyanı nəzərdən keçirir. Mersisayd klubu 28 yaşlı hücumameylli oyunçu üçün 100 milyon avro ödəməyə hazırdır.
Xatırlatma: "Barselona" Rafinnyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. Braziliya millisinin üzvü bu mövsüm katalon klubunda çıxdığı 7 rəsmi qarşılaşmada 3 qol və 2 asistlə yadda qalıb. Futbolçunun müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved