Rahil Məmmədov Polşa klubundan ayrıldı

Rahil Məmmədov Polşa klubu "Radomyak"dan ayrıldı.
90plus.az xəbər verir ki, Polşa mediası 29 yaşlı azərbaycanlı müdafiəçinin "Radomyak" ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etdiyini yazır.
Onun artıq Radom şəhərini tərk etdiyi də bildirilir.
Qeyd: Rahil komandanın baş məşqçisi Joao Enrikeş ilə münaqişə yaşamışdı, hətta buna görə futbolçunun mart ayından “Radomyak”da oyuna çıxmadığı deyilirdi. Həmyerlimizin Polşa klubu ilə müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər idi.
© Copyright 2025, All Rights Reserved