Rasmus Hoylund dublu ilə “Napoli”ni lider etdi
"Napoli" İtaliya A Seriyasında matç artığı ilə 1-ci pilləyə yüksəldi:
1. Napoli ➖ 31 xal (14 matç)
2. İnter ➖ 30 xal (14 matç)
3. Milan ➖ 28 matç (13 matç)
90plus.az xəbər verir ki, Rasmus Hoylund “Napoli”nin “Yuventus” üzərində 2:1 hesablı qələbəsində hər iki qola imza ataraq komandasını A Seriyasının zirvəsinə daşıdı.
“Mançester Yunayted”dən icarə əsasında çıxış edən danimarkalı hücumçu əvvəlcə müdafiə olunan çempionları önə keçirdi. Ardınca “Yuventus” sürətli əks-hücumdan sonra Kenan Yıldızın vurduğu qolla hesabı bərabərləşdirdi.
Lakin Hoylund 78-ci dəqiqədə yaxın məsafədən vurduğu baş zərbəsi ilə Neapol klubuna qələbə gətirdi.
Danimarkalı hücumçunun İtaliyaya sentyabrın əvvəlində mövsüm sonunadək icarəyə keçdiyi vaxtdan bəri A Seriyası və Çempionlar Liqasında ümumən 6 qolu var.
Keçmiş “Mançester Yunayted” yarımmüdafiəçisi Skott Maktominey isə ilk hissənin sonlarında başla vurduğu zərbə az fərqlə dirək yanından keçərkən qola yaxın olub.
Maktominey oyunda bir neçə dəfə zədəsinin müayinəsi üçün kənara getməyə məcbur qalsa da, matçı davam etdirib:
Napoli 2-1 Yuventus
Hojlund 7' 77'
Kenan Yıldız 59'
Qollar:
https://t.me/doxsanplus/111967
https://t.me/doxsanplus/111970
https://t.me/doxsanplus/111971
“Napoli” 31 xalı liderdirsə, “Yuventus” isə 23 xalla yeddincidir.
© Copyright 2025, All Rights Reserved