Raul Albiol 40 yaşında “matçın adamı” seçildi!

İtaliya B Seriyasında keçirilən “Pisa” – “Hellas Verona” oyununda ispan müdafiəçi Raul Albiol möhtəşəm çıxışı ilə fərqlənib.
90plus.az xəbər verir ki, “Real Madrid”in sabiq futbolçusu 90 dəqiqə meydanda olub və müdafiədə göstərdiyi sabit oyun sayəsində “matçın ən yaxşısı” seçilib.
Təcrübəli oyunçu matç ərzində 5 dəfə rəqib zərbəsini bloklayıb, 3 təmiz müdafiə hərəkəti edib və yalnız 2 dəfə top itkisinə yol verib.
40 yaşında olmasına baxmayaraq, Raul Albiol hələ də yüksək səviyyədə çıxış edir və komandası üçün vacib fiqur kimi qalır.
© Copyright 2025, All Rights Reserved