Ərəbistan klubu Fatih Terimlə sağollaşdı
 
                             
                         
                             
                                90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqa təmsilçisi "Əl-Şabab" baş məşqçi Fatih Terimlə yollarını ayırdığını rəsmi olaraq açıqlayıb. Klub bu xəbəri sosial media hesabları vasitəsilə ictimaiyyətə çatdırıb.
Rəsmi açıqlamada təcrübəli çalışdırıcıya təşəkkür ifadələri yer alıb:
"Komandadan bir çox baş məşqçi keçər, lakin çox azı meydanın hüdudlarından kənara çıxan təsir buraxar. Fatih Terim varlığı və etik davranışı ilə dərin iz qoyan mükəmməl bir məşqçi nümunəsi idi. 'İmperator'a buraxdığı gözəl miras üçün təşəkkür edirik."
Fatih Terim "Əl-Şabab"ın başında ümumilikdə 23 rəsmi oyuna çıxıb. Bu qarşılaşmalarda komanda 12 qələbə, 4 heç-heçə və 7 məğlubiyyət əldə edib. Türk mütəxəssisin ortalama xalı 1.74 olub.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved