Ərəb klubundan "Real"a 100 milyonluq təklif
Səudiyyə Ərəbistanı klubu "Real Madrid"ə 100 milyon avroluq təklif edib.
90plus.az xəbər verir ki, adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu "Real Madrid"in 26 yaşlı mərkəz müdafiəçisi Eder Militaonun transferi üçün kral klubuna 100 milyon avro təklif edib.
İspan klubu artıq bu təklifdən imtina etmək qərarına gəlib.
Militaonun zədə səbəbindən ötən mövsümün çox hissəsini buraxmasına baxmayaraq, Madrid klubu onu müdafiənin əsas oyunçusu hesab edir.
© Copyright 2026, All Rights Reserved