Ərəblər Mo Salaha "elçi düşdülər"
Səudiyyə Ərəbistanı Pro Liqası Mohamed Salah üçün transfer büdcəsini hazır saxlayır.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqası Mohamed Salahın transferi üçün pula qıymağa tam hazırdır. Bu, xüsusilə misirli ulduzun son vaxtlar Arne Slotun rəhbərliyi altında start heyətində yerini itirməsindən sonra diqqət çəkir.
33 yaşlı hücumçu son iki oyunda ehtiyatda qalıb və baş məşqçi Slot onun bu qərardan “məmnun olmadığını” etiraf edib. Bu vəziyyət Salahın “Liverpul”dakı gələcəyi barədə yeni suallar doğurub.
Səudiyyə Pro Liqasında son illərdə tanınmış ulduzlara böyük sərmayə qoyuluşu müəyyən qədər azalsa da, liqanın qlobal imicini artıracaq elit futbolçular üçün hələ də ciddi büdcə ayrılır. Salah isə həmin kateqoriyanın ən öndə gələn adlarından biri hesab olunur.
Səudiyyə Ərəbistanı 2034-cü ildə təşkil edəcəyi Dünya Çempionatı öncəsi daha yüksəkprofilli futbolçuları cəlb etmək planlarını davam etdirir və Salah bu strategiyanın mərkəzində duran adlardandır.
© Copyright 2025, All Rights Reserved