“Real” “Arsenal”ın transfer planını pozmaq istəyir

"Real Madrid" "Arsenal" ilə anlaşdığı deyilən Martin Zubimendini ələ keçirməyə çalışır.
90plus.az xəbər verir ki, Xabi Alonso "Los Blankos" rəhbərliyindən "Real Sosyedad"ın dayaq yarımmüdafiəçisinin transferini istəyib.
"Real Madrid" 26 yaşlı futbolçuya ilk mövsümündə 6-7 milyon avro maaş təklif edir. "Arsenal" isə ispaniyalıya ildə 10 milyon avro əməkhaqqı ödəməyə hazırdır.
Buna baxmayaraq, "Los Blankos" Xabi Alonso amilinə və klublar arasında yaxşı münasibətlərin olduğuna görə transferin reallaşacağına inanır.
📰: AS
© Copyright 2025, All Rights Reserved