"Real" bu futbolçu ilə yolları ayırır
Avstriya millisinin futbolçusu David Alaba mövsümün sonunda “Real”dan ayrılmağa hazırlaşır.
90plus.az xəbər verir ki, mərkəz müdafiəçisinin Madrid klubundakı çıxışı bu yay başa çatacaq.
Zədələrdən tam bərpa olan Alabanın artıq özünə yeni komanda axtardığı bildirilir. O, 2025-ci ilin iyun ayında azad agent statusu ilə “Real”ı tərk edəcək.
Qeyd: David Alaba peşəkar karyerası ərzində “Avstriya” (Vyana), “Bayern Münhen” və “Hoffenhaym” klublarında çıxış edib, 2021-ci ildə isə “Real”a transfer olunub.
© Copyright 2025, All Rights Reserved