"Real" "Liverpul"un futbolçusuna "elçi düşdü"
“Real” yay transfer dönəmində “Liverpul”un futbolçusu Dominik Soboslayini heyətinə cəlb etməyi planlaşdırır.
90plus.az xəbər verir ki, Madrid təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin transferində maraqlıdır. “Kral klubu” bu keçid üçün “Liverpul”a 90 milyon avro təklif etməyə hazırdır.
2023-cü ildən etibarən Mersisayd klubunda çıxış edən macar futbolçunun müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir.
Soboslayi daha əvvəl “Liferinq” və “Zaltsburq” klublarının da şərəfini qoruyub.
© Copyright 2026, All Rights Reserved