"Real Madrid" - "Barselona": Start heyətlər
90plus.az xəbər verir ki, La Liqanın iki nəhəngi — “Real Madrid” və “Barselona” mövsümün ilk “El Klasiko” qarşılaşmasında üz-üzə gəlir. Görüş hazırda Madrid şəhərindəki “Santyaqo Bernabeu” stadionunda keçirilir.
Matçın ilk dəqiqələrindən etibarən hər iki komanda hücumameyilli futbol sərgiləyir. İlk 10 dəqiqə ərzində hesab açılmayıb – “Real Madrid” 0–0 “Barselona”.
Bu oyun eyni zamanda liderlik uğrunda mübarizə baxımından da böyük əhəmiyyət daşıyır. Hazırda “Real Madrid” 8 qələbə və 1 məğlubiyyətlə 24 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. Onun ən yaxın izləyicisi olan “Barselona” isə 7 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə rəqibindən cəmi 2 xal geri qalır.
“Real Madrid”: Kurtua, Valverde, Militao, Huysen, Karreras, Çuameni, Kamavinga, Bellinqem, Arda Güler, Vinisius Junior, Mbappe.
“Barselona”: Şesni, Kunde, Qarsiya, Kubarsi, Balde, Pedri, Frenki de Yong, Fermin, Raşford, Ferran Torres, Lamine Yamal.
© Copyright 2025, All Rights Reserved