"Real Madrid" "Bayern"in futbolçusuna "göz qoyub"
“Real” yay transfer pəncərəsi üçün iddialı planlar qurur.
90plus.az xəbər verir ki, Madrid təmsilçisinin “Bayern Münhen"in futbolçusu Maykl Olise ilə maraqlandığı bildirilir. Klub rəhbərliyi fransalı vingeri heyətə qatmaq istəyir.
“Kral klubu”nun prezidenti Florentino Pérez 24 yaşlı oyunçunun performansını yüksək qiymətləndirir. Məlumata görə, Madrid təmsilçisi Olisenin transferi üçün 160 milyon avro məbləğində təklif irəli sürməyə hazırdır.
Qeyd: “Bayern” futbolçunu 2024-cü ilin yayında “Kristal Pelas”dan 53 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm Münhen klubunun heyətində keçirdiyi 38 rəsmi oyunda 15 qol vurub və 27 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved