“Real Madrid” “El Klasiko”da qalib gəldi – zirvədə fərq artdı
La Liqanın iki nəhəngi — “Real Madrid” və “Barselona” mövsümün ilk “El Klasiko” qarşılaşmasında üz-üzə gəlib.
90plus.az xəbər verir ki, Madrid təmsilçisi doğma meydanda rəqibini 2:1 hesabı ilə məğlub edərək liderliyini möhkəmləndirib.
Görüşün qollarını “Real Madrid”dən Kilian Mbappe və Cud Bellinqem vurub. “Barselona”nın yeganə qoluna isə Fermin Lopes imza atıb. Matçın sonlarında kataloniyalı futbolçu Pedri 90+9-cu dəqiqədə qırmızı vərəqə alaraq meydanı tərk edib. Qarşılaşmanın yekun dəqiqələrində hər iki komanda oyunçuları arasında gərgin anlar yaşanıb.
Bu nəticə ilə “Real Madrid” xallarını 27-yə yüksəldib və La Liqada liderliyini davam etdirib. “Barselona” isə 22 xalla ikinci pillədə qalıb. Kataloniya təmsilçisi son üç oyunun ikisində məğlub olub və liderlə xal fərqi 5-ə çatıb.
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/109726
https://t.me/doxsanplus/109727
https://t.me/doxsanplus/109728
© Copyright 2025, All Rights Reserved