"Real Madrid" İngilis müdafiəçini istəyir

“Real” “Kristal Pelas”ın müdafiəçisi Mark Quehini transfer etmək istəyir.
90plus.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Madrid təmsilçisi 25 yaşlı müdafiəçini komandaya cəlb etmək üçün İngiltərə klubuna təxminən 30 milyon avro təklif etməyi planlaşdırır.
Qeyd: Quehinin klubu ilə mövcud müqaviləsi mövsümün sonunda başa çatacaq. Lakin “Real” bu zamana qədər gözləmək niyyətində deyil.
Xatırlatma: Müdafiəçi cari mövsümdə 13 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved