“Real Madrid” İspan hakimlərini FIFA-ya şikayət etməyə hazırlaşır

“Real Madrid” La Liqa oyunlarında hakimlərin qəsdən onlara zərər verdiyini iddia edərək İspan hakimlərini FIFA-ya şikayət etməyə hazırlaşır.
90plus.az xəbər verir ki, mövsümə La Liqada 4 oyun və 4 qələbə ilə başlayan “Real Madrid” sonuncu dəfə səfərdə “Real Sosyedad”ı 2-1 məğlub edib. İspan klubunda Dean Huijsen 32-ci dəqiqədə VAR araşdırmasından sonra qırmızı vərəqə alıb.
Uzun müddətdir hakimlərdən narazı olan və qərarları “Real Madrid TV” vasitəsilə yayımlayan “Real Madrid” bu məsələyə rəsmi addım atmağı planlaşdırır. “AS” qəzeti klubun yaxınlığına əsaslanaraq, “Real Madrid”in İspan hakimlərini FIFA-ya şikayət edəcəyini iddia edib.
Habərdə “Real Madrid” rəhbərliyinin genişmiqyaslı bir dosye hazırladığı bildirilir. Klub Huijsenin aldığı qırmızı vərəqəni, Arda'nın sayılmayan qolunu, keçən mövsüm hakim qərarlarını, “Barselona”nın da daxil olduğu “Negreira” məhkəmə işini, video sübutları və statistikaları toplayaraq FIFA-ya təqdim etməyi və oradakı məsul şəxslərlə görüşməyi planlaşdırır.
© Copyright 2025, All Rights Reserved