"Real Madrid" kapitanı ilə sağollaşır
“Real” mövsümün sonunda müqaviləsi başa çatacaq Dani Karvaxalla bağlı qərarını açıqlayıb.
90plus.az xəbər verir ki, La Liqa klubu ispaniyalı sağ cinah müdafiəçiyə yeni sözləşmə təqdim etməyəcək. Məlumatı “Marca” nəşri yayıb.
34 yaşlı oyunçu yayda azad agent kimi “kral klubu”nu tərk edəcək. Türkiyə, Səudiyyə Ərəbistanı və MLS komandaları təcrübəli futbolçuya maraq göstərir.
Qeyd: Dani Karvaxal “Real”ın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 10 rəsmi oyunda iştirak edib.
© Copyright 2026, All Rights Reserved