"Real Madrid" "Liverpul"un futbolçusuna "göz qoydu"

90plus.az xəbər verir ki, İspaniya nəhəngi “Real Madrid” “Liverpul”un yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer hədəfləri sırasına daxil edib. Lakin “TEAMtalk”ın məlumatına görə, argentinalı futbolçunun transferi “kral klubu” üçün 2026-cı il üçün əsas prioritetlərdən biri sayılmır.
Xəbərdə bildirilir ki, “Real Madrid” növbəti transfer pəncərələrində daha vacib hesab etdiyi digər oyunçulara diqqət yetirməyi planlaşdırır və yalnız bundan sonra Mak Allister məsələsinə baxıla bilər.
25 yaşlı futbolçu bu mövsüm “Liverpul”un heyətində sabit çıxışı ilə diqqət çəkib. O, indiyə qədər 6 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Madrid klubunun marağına baxmayaraq, futbolçunun “Enfild”dəki gələcəyi hazırda təhlükədə görünmür.
© Copyright 2025, All Rights Reserved