"Real Madrid" mərakeşli futbolçu transfer edir
“Real Madrid” Neil El Aynaouini yaxından izləyir.
90plus.az xəbər verir ki, Mərakeş millisinin yarımmüdafiəçisi Neil El Aynaoui Afrika Millətlər Kubokundakı çıxışı ilə “Real Madrid”in diqqətini cəlb edib. Madrid klubu futbolçunu yay transfer pəncərəsi üçün potensial namizəd kimi dəyərləndirir.
İspaniya təmsilçisi yekun qərar verməzdən əvvəl El Aynaouinin mövsümün sonunadək “Roma”dakı performansını izləməyi planlaşdırır. Bununla yanaşı, futbolçunun nümayəndələri ilə artıq ilkin əlaqələrin qurulduğu bildirilir.
Öz növbəsində, yarımmüdafiəçi “Real Madrid”ə keçid variantına çox müsbət yanaşır və rəsmi təklif olacağı təqdirdə Madrid klubunu əsas prioriteti hesab edir.
© Copyright 2026, All Rights Reserved