"Real Madrid" PSJ-nin futbolçusuna maraq göstərdi
"Real" yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
90plus.az xəbər verir ki, La Liqa təmsilçisinin əsas hədəfi PSJ-də çıxış edən Joau Neveşdir.
"Kral klubu" portuqaliyalı oyunçu üçün Paris təmsilçisi ilə danışıqlara başlamağı nəzərdə tutur. "Real" 21 yaşlı yarımmüdafiəçi üçün 150 milyon avro ödəməyə hazırdır.
Xatırlatma: PSJ Joau Neveşi 2024-cü ilin yayında "Benfika"dan 65 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm paytaxt klubunun heyətində 18 rəsmi oyunda iştirak edib, 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved