"Real Madrid" qapıçısını itirdi

"Real Madrid"in qapıçısı Tibo Kurtua zədə alıb.
90plus.az xəbər verir ki, təcrübəli belçikalı qolkiper La Liqanın 9-cu turunda "Xetafe"yə qarşı keçirilən oyunun son dəqiqələrində seyv zamanı dizindən zərbə alaraq meydanı tərk edib.
"Mundo Deportivo"nun yaydığı xəbərə əsasən, Kurtuanın Çempionlar Liqasının 3-cü turunda "Yuventus"a qarşı keçiriləcək qarşılaşmanı buraxacağı ehtimal olunur.
Qapıçı La Liqanın növbəti turunda "Barselona" ilə baş tutacaq "El-Klassiko" matçına qədər sağalmaq niyyətindədir.
Xatırlatma: Tibo Kurtua bu mövsüm "Real"ın heyətində 17 oyunda iştirak edib.
© Copyright 2025, All Rights Reserved