“Real Madrid” Salibanı almaq istəyir

“Real Madrid” Saliba üçün hücuma keçir.
90plus.az xəbər verir ki, “Real Madrid” müdafiə xəttini gücləndirmək üçün yeni hədəfini müəyyənləşdirib. İspaniya nəhəngi “Arsenal”ın aparıcı mərkəz müdafiəçisi Uilyam Salibanı transfer etmək niyyətindədir.
“El Desmarque”nin məlumatına görə, Madrid klubu artıq “topçular”la danışıqlara başlamağa hazırdır. Fransalı futbolçunun dəyəri təxminən 80 milyon avro olaraq qiymətləndirilir. Salibanın özü də “yeni layihəyə açıqdır”.
İspaniya mediası yazır ki, “Real” nümayəndələri ötən həftə Premyer Liqada “Arsenal”ın “Mançester Siti” ilə 1:1 hesablı qarşılaşmasını canlı izləyiblər. Son illərdə möhtəşəm çıxışı ilə Saliba dünyanın ən yaxşı müdafiəçilərindən birinə çevrilib və bu, “kral klubu”nun diqqətindən yayınmayıb.
Qeyd: “Real Madrid” yayda “Bornmut”dan Din Höyseni transfer etmişdi. Lakin gələn mövsüm Antonio Rüdigerin komandadan ayrılması gözlənildiyi üçün Xabi Alonsonun rəhbərliyi altında mərkəz müdafiəsinə daha bir əlavə planlaşdırılır.
Ardıcıl mövsümlərdə “Arsenal” üçün əsas oyunçulardan biri olan Saliba ilə klub arasında yeni müqavilə danışıqları da aparılır. Lakin Madrid tərəfi futbolçunu diqqətdən kənarda saxlamır və onun hər addımını yaxından izləyir.
📌 Mənbələr: El Desmarque, TBR Football
© Copyright 2025, All Rights Reserved