Trent Alexander-Arnold “Liverpul”lu tərk edə bilər. Futbolçu İngiltərə klubu ilə 2024/25 mövsümünün sonuna qədər qüvvədə olan müqaviləsini hələ də uzatmayıb.
90plus.az xəbər verir ki, “Real”ın prezidenti Florentino Peres ingilis klubunun rəhbərliyinə 2025-ci ilin yayında Trenti azad agent kimi transfer edəcəyi barədə xəbər verib.
Qeyd: “Real” “Liverpul”a hörmət göstərmək və ingilis ulduzun transferi ilə bağlı niyyətlərini bildirmək qərarına gəlib.
Alexander-Arnold bu mövsüm “Liverpul”un heyətində 15 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.
© Copyright 2025, All Rights Reserved