"Real Madrid" və "Arsenal" türk ulduza maraq saldı
Kenan Yıldıza Avropadan böyük klublar "elçi düşdü".
90plus.az xəbər verir ki, futbolçunun mövcud razılaşmaya görə, onun “Yuventus”la müqaviləsi 2029-cu ilə qədərdir.
Lakin klubun təklif etdiyi bonuslarla birlikdə illik maaş paketi — 5 milyon avro — futbolçunun tələblərini qane etməyib. Bu səbəbdən müqavilənin yenilənməsi ilə bağlı danışıqlar dayandırılıb.
Bu vəziyyət gənc yarımmüdafiəçinin “Yuventus”da qalması, ya da Avropanın digər klublarına keçməsi ehtimalını gündəmə gətirib. Ona "Real Madrid" və "Arsenal" maraq salıb. Futbolcu özü də yeni macəraya atılmaq istəyir.
© Copyright 2026, All Rights Reserved