"Real Madrid" yeni transferini açıqladı

İspaniya nəhəngi "Real Madrid" "Liverpul"dan ayrılan Trent Aleksander-Arnold ilə 2031-ci ilin yayına qədər rəsmi müqavilə imzalandığını elan edib.
90plus.az xəbər verir ki, "Real Madrid" tərəfindən yayımlanan açıqlamada bildirilir:
“"Real Madrid" və "Liverpul" klubları Trent Aleksander-Arnoldun 1 iyun 2025-ci ildən 30 iyun 2031-ci ilə qədər növbəti altı mövsüm üçün klubumuza keçidi ilə bağlı razılığa gəliblər.”
26 yaşlı ingilis müdafiəçi "Liverpul"la birlikdə ümumilikdə doqquz titul qazanaraq klub tarixinə adını yazdırıb. O, peşəkar futbol karyerasını indiyədək yalnız "Liverpul" klubunda keçirib. 2018 və 2022 Dünya çempionatlarında, həmçinin 2024-cü il Avropa çempionatında İngiltərə millisinin heyətində çıxış edib.
Yeni transfer 14 iyun tarixindən etibarən ABŞ-da keçiriləcək Klub Dünya Kubokunda "Real Madrid"in heyətində iştirak edəcək.
© Copyright 2025, All Rights Reserved