"Real Madrid"də ciddi itki - Derbidə olmayacaq
İspaniyanın "Real Madrid" klubunun heyətində ciddi itki baş verib.
90plus.az xəbər verir ki, "kral klubu"nun qapıçısı Tibo Kurtua zədələnib. Belçikalı qolkiper UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" ilə keçirilən cavab matçının fasiləsində əvəzlənib.
İspaniya mətbuatının məlumatına görə, 33 yaşlı qapıçı La Liqanın 29-cu turunda "Atletiko Madrid"ə qarşı oyunda iştirak etməyəcək. Madrid derbisi martın 23-də baş tutacaq.
Qeyd: Tibo Kurtua cari mövsümdə "Real Madrid"in heyətində 41 rəsmi matçda meydana çıxıb, 39 qol buraxıb və 15 oyunda qapısını toxunulmaz saxlayıb.
© Copyright 2026, All Rights Reserved