“Real Madrid”dən “Liverpul”a rəsmi cavab: “Maraqlanmırıq”
Gələn mövsüm üçün transfer çalışmalarını davam etdirən “Real Madrid” müdafiə xətti ilə bağlı gözlənilməz qərar verib.
90plus.az xəbər verir ki, uzun müddətdir adı Madrid klubu ilə hallanan “Liverpul”un fransalı müdafiəçisi İbrahima Konatenin transferi rədd edilib. “The Athletic”in məlumatına görə, “Real Madrid” rəsmi şəkildə “Liverpul” klubuna müraciət edərək Konateni heyətə qatmaq niyyətində olmadıqlarını bildirib.
Hazırda 55 milyon avro bazar dəyərinə sahib olan 26 yaşlı fransalı müdafiəçinin “Liverpul”la müqaviləsi mövsüm sonunda başa çatır.
Madrid klubunun bu qərarının səbəbi açıqlanmasa da, gələn mövsüm üçün müdafiə transferi planlarının dəyişdiyi bildirilir.
© Copyright 2025, All Rights Reserved