"Real Madrid"in futbolçusu yeni klubunda ilk oyununa çıxır
Endrik “Lion” forması ilə ilk oyununa çıxır.
90plus.az xəbər verir ki, “Real Madrid”dən icarə əsasında “Olimpik Lion”a transfer olunan Endrik Fransa Kubokunda debüt etməyə hazırlaşır. Braziliyalı gənc hücumçu qarşıdakı Kubok matçında “Lill”ə qarşı oyunda start heyətində yer alıb.
2025/26 mövsümünün ikinci yarısı üçün “Lion”a icarəyə verilən Endrik indiyədək Fransa klubunda forma şansı qazanmamışdı. Kubok qarşılaşması onun yeni komandasında ilk rəsmi oyunu olacaq.
Gənc futbolçu cari mövsümdə indiyə qədər 3 oyuna çıxıb ki, bu görüşlərin hamısı “Real Madrid” forması ilə baş tutub. “Lill”ə qarşı qarşılaşma isə Endrikin Fransa futbolunda ilk sınağı kimi yadda qalacaq.
“Lion” azarkeşləri istedadlı hücumçunun bu matçda özünü göstərərək komandaya töhfə verməsini səbirsizliklə gözləyir.
© Copyright 2026, All Rights Reserved