“Real Madrid”in gənc futbolçusu “Olimpik Lion”a keçir
“Real Madrid”də oyun şansı tapa bilməyən gənc braziliyalı hücumçu Endrik karyerasını Fransa Liqa 1 təmsilçisi “Olimpik Lion”da davam etdirəcək.
90plus.az xəbər verir ki, ara transfer dönəmi yaxınlaşdıqca Avropada klublar heyətlərini gücləndirmək üçün fəal hərəkətə keçiblər. “Real Madrid”in gənc istedadı Endriklə bağlı isə yeni məlumat ortaya çıxıb.
Məşhur jurnalist Fabrizio Romanonun məlumatına görə, braziliyalı oyunçu transfer məsələsində “Olimpik Lion” klubuna üstünlük verib. Bildirilir ki, danışıqların gedişini futbolçunun özü şəxsən idarə edir. Transferin icarə (kirayə) əsasında həyata keçiriləcəyi, lakin satınalma opsiyasının olmayacağı qeyd olunur.
© Copyright 2025, All Rights Reserved