Munis klubunda qaldığı üçün xoşbəxtdir
İngiltərənin "Fulhem" klubu hücumçu Rodriqo Munisin müqaviləsinin müddətini uzadıb.
90plus.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb. 24 yaşlı forvardın maaşı da artırılıb.
Munis rəsmi açıqlamasında deyib:
“Əvvəlcə Allahıma təşəkkür etmək istəyirəm. Mən çox minnətdaram və kluba mənə inandıqları üçün təşəkkür edirəm. Ailəmə, Braziliyadakı dostlarıma və bütün azarkeşlərə də təşəkkürümü bildirirəm. Hər kəsə təşəkkür edirəm. Burada qalmaq, bu müqaviləni imzalamaq və gələcəyimi təmin etmək heyrətamiz bir hissdir.”
Qeyd: Munis “Fulhem”də 104 oyunda meydana çıxıb və onların yarısından azında start heyətdə olsa da, 27 qol vurmağı bacarıb. Hazırda o, əzələ zədəsindən sağalır.
© Copyright 2026, All Rights Reserved