“Real - Man Siti”də 15 yaşlı şərhçi olacaq! İnanılmaz hekayə…
Cənubi Perudan möhtəşəm hekayə – 15 yaşlı Kliver Huaman Sançesin arzusu gerçəyə çevrilir.
90plus.az xəbər verir ki, Cənubi Peruda yaşayan 15 yaşlı Kliver Huaman Sançes qısa zamanda futbol dünyasının diqqətini çəkib. Gənc reportyor olmaq arzusu ilə yaşayan Kliver Libertadores finalını canlı yayımlamaq üçün inanılmaz addım atıb: stadionun kənarındakı yüksək bir təpəyə çıxmaq üçün 18 saatlıq ağır yol qət edib.
Məhz həmin improvozasiya olunmuş “studiyadan” etdiyi canlı yayım sosial şəbəkələrdə sürətlə viral olub və minlərlə futbolsevərin rəğbətini qazanıb.
VİDEO: https://t.me/doxsanplus/111836
Peru liqasına şərhçi kimi dəvət aldı
Kliverin məşhurlaşan hekayəsi Perunun futbol ictimaiyyətinə də sirayət edib. Bir neçə gün sonra yerli liqa gənc azarkeşi rəsmi matça şərhçi kimi dəvət edib. 15 yaşlı gəncin oyuna gətirdiyi enerjisi, səmimiyyəti və futbol sevgisi böyük təqdir topladı.
Arzuların ən böyüyü: Çempionlar Liqası
Kliverin hekayəsi bununla bitməyib. Gələn həftə o, Çempionlar Liqasının ən böyük qarşılaşmalarından birinə – “Real Madrid” – “Mançester Siti” matçına xüsusi qonaq kimi dəvət olunub.
Həyatında ilk dəfə Avropaya səfər edəcək gənc reportyor üçün bu dəvət futbol jurnalistikası yolunda möhtəşəm başlanğıc sayıla bilər.
Kliver Huaman Sançesin hekayəsi bir daha göstərir ki, həqiqi sevgi və böyük arzu ən inanılmaz qapıları belə aça bilir.
© Copyright 2025, All Rights Reserved