"Real" "Mançester Siti"ilə oyun öncəsi müdafiəçisini itirdi
“Real” Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Mançester Siti” ilə oynayacağı matç öncəsi ciddi itki ilə üzləşib.
90plus.az xəbər verir ki, klub bu barədə rəsmi açıqlama yayıb. Komandanın müdafiəçisi Eder Militao zədələnərək oyundan kənar qalıb. Tibbi müayinələr göstərib ki, braziliyalı oyunçunun sol bud əzələsində yırtıq və zədə mövcuddur. Onun bərpası həkim nəzarəti altında həyata keçiriləcək.
Xatırlatma: Bu mövsüm Militao bütün yarışlarda 16 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd: “Real” və “Mançester Siti” arasında qarşılaşma 10 dekabr gecəyarısı - saat 00:00-da keçiriləcək.
© Copyright 2025, All Rights Reserved