"Real" Mbappenin həmyerlisini alır
“Bayer”in hücum xəttində çıxış edən Kristian Kofane gələcək karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, “Real” kamerunlu hücumçunu heyətinə qatmaq niyyətindədir. Bu barədə “Sky Sports” telekanalı xəbər yayıb.
Almaniya təmsilçisi futbolçunun transfer dəyərini artıq müəyyənləşdirib. Leverkuzen klubu 19 yaşlı forvard üçün 50 milyon avro tələb edir.
Xatırlatma: “Bayer” Kristian Kofaneni mövsümün əvvəlində “Albasete” klubundan 5,2 milyon avro qarşılığında transfer edib. Kamerun millisinin üzvü “əczaçılar”ın heyətində iştirak etdiyi 23 rəsmi qarşılaşmada 5 qol vurub və 5 assistlə fərqlənib.
Qeyd: Mbappe Fransa millisində oynasa da, əslən Kamerundandır.
© Copyright 2026, All Rights Reserved