“Real” Niko Pasın əla çıxışını görüb geri qaytarmaq istəyir
“Real Madrid” Nikо Pası geri qaytarmağa hazırlaşır – 10 milyon avroluq maddə aktivləşdirilir.
90plus.az xəbər verir ki, “Real Madrid” gələn yay argentinalı yarımmüdafiəçi Niko Pası komandaya geri qaytarmağa hazırlaşır. Klub bir çox Avropa nəhənglərinin gənc futbolçuya göstərdiyi güclü marağa baxmayaraq, Pasın müqaviləsindəki geri-alma maddəsini aktivləşdirməyi planlaşdırır.
Defensa Central belə yazır...
Məlumata görə, “Real Madrid”in Pas üçün müəyyən etdiyi geri-alma məbləği cəmi 10 milyon avrodur. Bu isə “Komo”da parlaq mövsüm keçirən futbolçunu hazırda Avropanın ən cəlbedici gənc istedadlarından birinə çevirir.
ℹ️ 19 yaşlı yarımmüdafiəçi A Seriyada göstərdiyi oyunla həm İspaniya, həm də digər Avropa klublarının diqqətini cəlb edib. Pasın inkişaf tempi “Real Madrid” rəhbərliyini onun yenidən “Santyaqo Bernabeu”ya gətirilməsi barədə qərar verməyə vadar edib.
© Copyright 2026, All Rights Reserved