“Real” onların milliyə qoşulmasını istəmir
“Real Madrid” Fransa və İngiltərə yığmalarına görə narazıdır.
90plus.az xəbər verir ki, “Real Madrid” klubu Fransa və İngiltərə milli komandalarının zədəli futbolçuları yığmaya çağırmasından ciddi şəkildə narazıdır.
Madrid klubu bazar günü “Atletiko Madrid”ə qarşı oyun keçirəcək. Bundan sonra isə iki həftəlik milli komandaların fasiləsi başlayacaq. Klub rəhbərliyi isə zədədən yeni qayıdan futbolçuların yığmaya getməsindən narahatdır.
Xüsusilə iki əsas futbolçu ilə bağlı vəziyyət “Real Madrid”i ciddi şəkildə düşündürür.
Kilion Mbappe dizindəki zədəyə görə üç həftə oynamamışdı və yalnız həftə içi “Mançester Siti”yə qarşı oyunda yenidən meydana qayıdıb. Buna baxmayaraq, Fransa yığmasına çağırılıb.
Cud Bellinqem isə fevralın əvvəlindən bud əzələsi zədəsinə görə oynamır və hələ də meydana qayıtmayıb. Buna baxmayaraq, İngiltərə yığması onu da heyətə daxil edib.
“Real Madrid” hesab edir ki, futbolçular tam sağalmadan milli komandaya çağırılması onların vəziyyətini daha da ağırlaşdıra bilər və klub bu vəziyyətdən narazıdır.
© Copyright 2026, All Rights Reserved