"Real" Qazaxıstanda "5"lədi, "Atalanta"dan geridönüş

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II tur oyunlarına start verilib.
90plus.az xəbər verir ki, günün proqramında yer alan 9 qarşılaşmadan ikisi artıq yekunlaşıb.
Qazaxıstan çempionu “Kayrat” Almatıda Madrid “Real”ını qəbul edib. Görüşdə ispan klubu böyükhesablı qələbə qazanıb – 5:0. “Kral klubu”nun üç qoluna Kilian Mbappe imza atıb.
Digər oyunda İtaliyada “Atalanta” Belçika təmsilçisi “Brügge”ni sınağa çəkib. Bu görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.
“Kayrat” (Qazaxıstan) 0 – 5 “Real” (İspaniya)
Mbappe, 25 (pen.), 52, 73'
Kamavinqa, 83'
Dias, 90+3'
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/108487
https://t.me/doxsanplus/108491
https://t.me/doxsanplus/108496?single
“Atalanta” (İtaliya) 2 - 1 “Brügge” (Belçika) –
Dzolis, 38' (0:1)
Samardjiç, 74' (pen.)
Paşaliç, 87'
© Copyright 2025, All Rights Reserved