“Real” Rodriqonu vitrinə 90milyon avroya qoyacaq

“Real Madrid” Rodriqonun transferi üçün 90 milyon avro tələb edəcək.
90plus.az xəbər verir ki, “Real Madrid” braziliyalı hücumçu Rodriqonun bu yay klubdan ayrılması halında onun üçün 90 milyon avro tələb edəcək (Cadena SER).
Klubdakı mövqeyi getdikcə zəifləyən Rodriqo Klubların Dünya Çempionatında da bu vəziyyəti hiss etdirib. O, “Əl-Hilal”a qarşı zəif çıxışından sonra ikinci oyunda — “Paçuka”ya qarşı matçda ehtiyat oyunçular skamyasında qalıb.
Bu da onun artıq “Real Madrid”də əsas planlara daxil edilmədiyini göstərir, baxmayaraq ki, baş məşqçi Xabi Alonso tərəfindən ona dəstək açıqlamaları verilib.
Rodriqoya bir sıra klubların, xüsusilə Premyer Liqa təmsilçilərinin maraq göstərdiyi bildirilir. Mənbələrin sözlərinə görə, bu komandalar arasında “Arsenal” Rodriqonu transfer etməkdə ən ciddi namizəddir.
Futbolçunun gələcəyi ilə bağlı yekun qərarın yay transfer pəncərəsi sentyabrda bağlanana qədər verilməsi gözlənilir.
© Copyright 2025, All Rights Reserved