"Real" son təklifini Vinisiusa çatdırdı

Vinisius Juniorun "Real Madrid"dəki taleyi hələ də aydın deyil.
90plus.az xəbər verir ki, braziliyalı cinah oyunçusu "kral klubu"nun yeni müqavilə təklifini qəbul etməyə tələsmir. Bu barədə məlumatı "El Chiringuito TV" yayıb.
"Real" futbolçuya son təklifini təqdim edib. Əgər Vinisius bu dəfə də razılıq verməsə, klub onun transferinə açıq olacaq.
Xatırlatma: Madrid təmsilçisi Vinisius Junioru 2018-ci ilin yayında "Flamenqo" klubundan heyətinə qatıb. Hazırda Braziliya milli komandasının üzvü olan 25 yaşlı hücumçu bu mövsüm "Real"ın heyətində 12 oyunda forma geyinərək 3 dəfə fərqlənib və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na kimi qüvvədədir.
© Copyright 2025, All Rights Reserved