“Real” tarixində ilk dəfə xaricilərə satıla bilər
“Real Madrid” xarici investorlara açılmağa hazırlaşır.
90plus.az xəbər verir ki, “Real Madrid” klubunun mülkiyyət strukturunda tarixi dəyişikliklər gözlənilir. “The Athletic”in məlumatına görə, Madrid nəhəngi tarixində ilk dəfə olaraq xarici investorlara pay satmağı nəzərdən keçirir.
Mənbəyə əsasən, klub prezidenti Florentino Peres hesab edir ki, “Real Madrid”in xarici sərmayəyə açılması dövlət tərəfindən maliyyələşdirilən rəqiblərlə — əsasən “Mançester Siti”, “Paris Sen-Jermen” və “Nyukasl” kimi klublarla — rəqabətdə üstünlük qazandıracaq.
Bu plan “Real Madrid”in illərdir qoruduğu “socio” modelinə (yəni üzvlərə məxsus klub strukturu) əsaslı şəkildə təsir göstərə bilər.
Peresin sözügedən planı gələn ay keçiriləcək ümumi yığıncaqda klub üzvlərinə təqdim edəcəyi gözlənilir.
© Copyright 2025, All Rights Reserved