"Real" və "Barça" ingilis futbolçu üçün yarışda

90plus.az xəbər verir ki, İspaniyanın iki futbol nəhəngi – "Real Madrid" və "Barselona" gələn yay Harri Keynin transferi üçün yarışa girə bilər. Bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
"Real" və "Barça" 32 yaşlı ingilis forvardın müqaviləsindəki azadolma maddəsini aktivləşdirməyə hazırdır. Məlumata görə, əgər Harri Keyn "Bayern"dən ayrılmaq istəsə, onu 68 milyon avrodan az bir məbləğə transfer etmək mümkün olacaq.
Harri Keyn 2023-cü ilin avqustunda "Tottenhem"dən "Bayern Münhen"ə 95 milyon avroya transfer olunmuşdu. Almaniya nəhəngi ilə keçirdiyi ilk mövsümdə parlaq performans sərgiləyən hücumçu, hələ də Avropanın ən istəkli forvardlarından biri sayılır.
İspan klublarının bu marağı onun Münhendəki gələcəyi ilə bağlı suallar doğurub. Əgər Keyn transferə razılıq versə, 2026-cı ildə başa çatacaq müqaviləsi erkən şəkildə sona çata bilər.
© Copyright 2025, All Rights Reserved