"Real" və "Liverpul"dan oyunçu alış-verişi
“Real” klubu Rodriqo Qoesi “Liverpul”un yarımmüdafiəçisi Florian Virtslə dəyişdirməyi planlaşdırır.
90plus.az xəbər verir ki, bu barədə məlumat “Defensa Central” tərəfindən yayımlanıb.
“Kral klubu”nun baş məşqçisi Xabi Alonso “Bayer”də birlikdə çalışdığı dövrdən almaniyalı futbolçunun potensialını yaxşı tanıdığı üçün bu transferi dəstəkləyir. Bildirilir ki, Rodriqo bu mövsüm oyun vaxtının az olmasından narazıdır və buna görə də qarşıdakı qış transfer pəncərəsində komandadan ayrılmaq niyyətindədir.
Qeyd: Florian Virts bu mövsüm “Liverpul”un heyətində 16 oyuna çıxıb və 3 qol ötürməsi ilə yadda qalıb. Rodriqo isə “Real” forması ilə 13 matçda 2 asist edib.
© Copyright 2026, All Rights Reserved