"Real"dan PSJ-ə keçə bilər
"Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa yayda komandanı tərk edə bilər.
90plus.az xəbər verir ki, AS nəşrinin məlumatına görə, PSJ fransalı futbolçunun transferini nəzərdən keçirir.
Az oyun şansı qazandığı üçün mövcud durumundan narazı olan Kamavinqa bunun Fransa millisindəki yerinə təsir göstərə biləcəyindən narahatdır və ayrılığı dəyərləndirir. Bundan əlavə, aldığı zədələr də onun əsas heyətdəki mövqeyini zəiflədib. Futbolçu təxminən iki ay meydanlardan kənarda qalıb. Qayıtdıqdan sonra isə fərqli mövqelərdə oynadılıb və istədiyi rolu əldə edə bilməyib.
Hazırda PSJ ilə rəsmi danışıqlar aparılmır, lakin transfer ehtimalı yüksək qiymətləndirilir.
Qeyd: Eduardo Kamavinqa bu mövsüm 33 rəsmi oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved